Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski qeyd edib ki, Ukraynanın tam atəşkəs və hücumların dayandırılması ilə bağlı razılaşmasından 44 gün keçib: “Bu, ABŞ-dan gələn təklif idi. 44 gündür Rusiya xalqımızı öldürməyə davam edir və ciddi təzyiq və məsuliyyətdən yayınır.”

O, dünyanın baş verənləri görməsi və başa düşməsinin vacibliyini vurğulayıb:

“Təəssüf ki, böyük dağıntılar var. Xilasetmə əməliyyatları davam edir, yaşayış binalarının dağıntıları təmizlənir. Hazırda Ukrayna üzrə 80-dən çox yaralı var. Hamıya lazımi yardım göstərilir. Təəssüf ki, Kiyevdə 9 nəfər həyatını itirib. Ailələrinə və yaxınlarına başsağlığı verirəm.”

Ukrayna Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib: “Rusiya məhz bunu istəyir: daha çox qətl, daha çox dağıntı, daha çox qorxu. Bu müharibəni yalnız təzyiq və güc dayandıra bilər. Çünki zəiflik və terrorçulara güzəşt onların şərini daha da artırır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp