Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Sıbıha bildirib ki, hücum zamanı Kiyev və digər bölgələrdəki mülki şəxslər hədəfə alınıb.

O qeyd edib ki, Rusiyanın dünən Ukraynanın bölgələrindən geri çəkilməsi ilə bağlı maksimalist tələbləri və bu amansız hücumlar bir araya gəldikdə göstərir ki, sülhə mane olan tərəf Ukrayna deyil, Rusiyadır. “Təzyiq Kiyevə yox, Moskvaya yönəldilməlidir.”

Sıbıha Ukraynanın paytaxtının xüsusilə dəhşətli və səs-küylü bir gecə keçirdiyini bildirib:

“Hazırda Kiyevdə 9 mülki vətəndaşın öldüyü, 6-sı uşaq olmaqla 70-dən çox insanın yaralandığı bildirilib. Ukraynanın digər şəhər və qəsəbələri də gecə yarısı Rusiya raketləri və PUA-ları ilə hədəf alınıb, mülki şəxslər arasında ölən və yaralananlar olub.”

O bildirib: “Putin sözləri ilə deyil, əməlləri ilə göstərir ki, o, heç bir sülh təşəbbüsünə hörmət etmir və yalnız müharibəni davam etdirmək istəyir. Zəiflik və güzəştlər onun terrorunu və təcavüzünü dayandırmayacaq. Yalnız güc və təzyiq buna son qoya bilər.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp