Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Sibiha ABŞ prezidentinin nümayəndəsi Kit Kellogla görüşərək Romada keçirilmiş "İstəkli Koalisiya"nın son iclasında iştirakına görə ona təşəkkürünü bildirib.

Prezident Trampın Avropa müttəfiqləri ilə birlikdə yeni Patriot sistemləri və digər silahların verilməsi barədə verdiyi mühüm qərara görə minnətdarlığını ifadə edən Sibiha qeyd edib:

"Ukrayna-ABŞ müdafiə əməkdaşlığını qarşılıqlı faydalı şəkildə genişləndirməyin yollarını müzakirə etdik, 2025 Rusiya Sanksiyalar Qanununun arxasındakı iki partiyalı dəstəyi alqışladıq və təcavüzkara qarşı müharibənin dəyərini artırmağa yönəlmiş əlavə addımları koordinasiya etdik."

Sibiha vurğulayıb ki, Rusiya bu müharibəni qazanmır, Ukrayna isə uduzmur: "Əslində, Moskva nəhəng resurslara və itkilərə baxmayaraq, bir dənə də olsun strateji məqsədə nail ola bilməyib. İndi sülhü güclə irəli aparmağın zamanıdır – Ukraynanın imkanlarını genişləndirmək və Rusiyanı təcavüzkar müharibəyə son qoymağa məcbur etmək üçün transatlantik təzyiqi artırmaq."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp