Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Sıbiha, Rusiyanın keçən həftə Krivıy Riğ şəhərinə təşkil etdiyi ballistik raket hücumu nəticəsində 9 uşağın həyatını itirdiyini və bunun 2022-ci ildən bəri tək bir hücum nəticəsində həyatını itirən ən çox ukraynalı uşaq sayı olduğunu bildirib.

Sıbiha qeyd edib ki, Rusiya adi yaşayış məntəqələrində yerləşən oyun meydançalarını hədəfə alıb: "Zərəri maksimum səviyyəyə çatdırmaq üçün kaset tipli döyüş başlığından istifadə edilib. Ukrayna, Rusiyanın cinayətlərini gündəmə gətirmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasını və ATƏT Daimi Şurasının xüsusi toplantısını çağırıb."

Hər iki toplantının sabah keçiriləcəyini deyən Sıbiha, bunların sülh səylərinin və hesabatlılığın irəliləməsinə kömək edəcəyini vurğulayaraq bildirib:

"Rusiyanın vəhşiliyinə qarşı güclü beynəlxalq cavab kritik əhəmiyyət daşıyır. Bu cür terror heç vaxt normallaşdırılmamalıdır. Həm güclü bir qınama, həm də qəti tədbirlər görməyə çağırırıq. Rusiya ukraynalı uşaqlara və mülki şəxslərə qarşı terrorunu dayandırmalı, Ukraynanın qəbul etdiyi ABŞ-ın hərtərəfli atəşkəs təklifinə cavab verməli və müharibəyə son qoymalıdır."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp