Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Sybiha açıqlamasında bunları deyib:

"Bu gün ABŞ tərəfindən təklif edilən genişmiqyaslı müvəqqəti atəşkəsin Rusiya tərəfindən rədd edilməsinin üzərindən düz bir ay keçib. Düz bir ay əvvəl, 11 martda Ciddədə, Ukrayna bu təklifi qeyd-şərtsiz qəbul etmişdi. Rusiya isə bu təklifi rədd etdi, əvəzində müxtəlif şərt və tələblər irəli sürdü və eyni zamanda mülki insanlara qarşı terrorunu daha da artırdı. 11 martdan 11 aprelə qədər Rusiya Ukraynaya təxminən 70 müxtəlif tipli raket, 2200-dən çox Şahid pilotsuz uçuş aparatı və 6000-dən çox idarə olunan hava bombası ilə hücum etdi. Bunlar Rusiyanın sülh təkliflərinə verdiyi cavab idi. Bu, Rusiyanın tipik davranışıdır: yalan danışmaq, manipulyasiya etmək və terroru davam etdirmək. Halbuki bu bir ayda ABŞ, Avropa və digər tərəfdaşların arzuladığı ədalətli sülh üçün sükut və etimad artırıcı addımlar ata bilərdik. Sülhün qarşısındakı yeganə maneə və müharibənin tək mənbəyi Rusiyadır. Moskvaya təzyiqləri artırmaq üçün daha bir ay gözləməyə ehtiyac yoxdur. Rusiya sülhü ciddiyə alması üçün real güclə qarşılaşmalıdır."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp
sasamarkets
Main Colors:‎