Spajiç: Türkiyə Respublikası ilə intensiv danışıqlara başlayacağıq
Podqoritsa, 27 oktyabr (Hibya) – Monteneqro Baş naziri Miloyko Spajiç bildirib ki, yaxın dövrdə Türkiyə Respublikası ilə intensiv danışıqlara başlayacaqlar.
Monteneqro Baş naziri Miloyko Spajiç açıqlamasında qeyd edib ki, sabah təcili prosedurla türk vətəndaşları üçün vizasız rejimin müvəqqəti dayandırılması barədə qərar veriləcək.
O əlavə edib ki, iqtisadi fəaliyyətlərin və yaxşı ikitərəfli münasibətlərin qorunması məqsədilə yaxın dövrdə Türkiyə Respublikası ilə intensiv danışıqlara başlanacaq. Spajiç deyib: “Bu danışıqlarda yaxşı əməkdaşlıq və müttəfiqlik ruhu çərçivəsində qarşılıqlı maraqlara ən uyğun modeli tapmağı hədəfləyirik.”
Azərbaycan İnformasiya Agentliyi