Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Baş nazir Starmer ABŞ prezidenti Donald Trampın təklif etdiyi Qəzza sülh planının birinci mərhələsində razılığa gəlindiyi xəbərlərini məmnuniyyətlə qarşıladığını bildirib.

O qeyd edib ki, bu, bütün dünya üçün, xüsusilə də girovlar, onların ailələri və son iki ildə ağlasığmaz əzablar çəkən Qəzza mülki əhalisi üçün dərin bir rahatlıq anıdır.

“Misirə, Qətərə, Türkiyəyə və Amerika Birləşmiş Ştatlarına, bu həlledici ilk addımı təmin etmək üçün regional tərəfdaşlarımızın dəstəyi ilə göstərdikləri yorulmaz diplomatik səylərə görə minnətdaram. Bu razılaşma indi tam şəkildə və gecikmədən icra olunmalı, Qəzzaya həyati humanitar yardımların qarşısını alan bütün məhdudiyyətlər dərhal aradan qaldırılmalıdır.”

Starmer bütün tərəfləri müharibəni bitirmək və uzunmüddətli sülhə aparan davamlı bir yol qurmaq üçün öhdəliklərini yerinə yetirməyə çağıraraq deyib: “Birləşmiş Krallıq bu həyati və təcili addımları, həmçinin sülh planının tam icrasını təmin etmək üçün danışıqların növbəti mərhələsini dəstəkləyəcək.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp