Sviridenko: Rusiyanın "sülh arzusu" yoxdur
Kiyev, 26 iyul (Hibya) – Ukraynanın Baş naziri Yuliya Sviridenko Rusiyanın mülki əhaliyə qarşı hücumları nəticəsində çox sayda insanın yaralandığını açıqlayıb.
Baş nazir Sviridenko bildirib ki, Rusiya gecə boyunca mülki əhaliyə hücumlarını davam etdirib.
Onun sözlərinə görə, Dneprdə yaşayış binaları və ticarət mərkəzləri vurulub: "Ən azı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb. Xarkov sakinləri saatlarla atəş altında qalıblar – onlar ballistik raketlər, idarə olunan bombalar və PUA-larla hədəfə alınıblar. Təcili yardım işçiləri də daxil olmaqla beş nəfər yaralanıb. Yaxınlıqdakı Zmiyiv şəhəri də vurulub və daha çox mülki şəxs xəsarət alıb. Ruslar həmçinin Zaporojye, Kamensk və Şostkanı da hədəfə alıblar."
Sviridenko Rusiyanın "sülh arzusu" olmadığını vurğulayaraq deyib: "İmkanları olduqca bunu davam etdirəcəklər. İndi onları daha sərt sanksiyalarla zəiflətmək çox vacibdir."
Azərbaycan İnformasiya Agentliyi