Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Niderland Baş naziri Sxof Qəzzədə atəşkəs razılaşmasının elan edilməsini uzun müddətdir gözlənilən dönüş nöqtəsi kimi qiymətləndirib.

O bildirib ki, bu razılaşma girovlar, onların ailələri və Qəzza xalqı da daxil olmaqla bir çox insanın əzablarına son qoya bilər. “İndi razılaşma mümkün qədər tez həyata keçirilməlidir; bütün girovlar azad edilməli və Qəzzaya humanitar yardım əhəmiyyətli dərəcədə artırılmalıdır. Bu razılaşma davamlı və ədalətli sülhə doğru atılmış addım olmalıdır,” – deyə Sxof vurğulayıb.

Sxof ABŞ Prezidenti Donald Trampa sülh planına görə, həmçinin Misir, Qətər və Türkiyəyə səylərinə görə təşəkkür edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp