Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İtaliyanın xarici işlər naziri Antonio Tajani, Ölüm Cəzasına Qarşı Dünya və Avropa Mübarizə Günü münasibətilə etdiyi çıxışında, ölkəsinin ölüm cəzasının qlobal miqyasda ləğvinə sadiqliyini vurğulayıb.

Tajani bildirib: “İtaliya, Ölüm Cəzasına Qarşı Dünya və Avropa Mübarizə Günü münasibətilə çağırışını güclü şəkildə yeniləyir.”

O qeyd edib ki, 2024-cü ildə İtaliya və Argentina BMT-də ölüm cəzasına qlobal moratorium elan edən qətnamə təqdim ediblər və bu sənəd qəbul olunub. “Bizim səylərimiz sayəsində rekord sayda – 130 ölkə bu qeyri-insani təcrübənin qadağan olunması lehinə səs verdi,” – deyə nazir əlavə edib.

Tajani vurğulayıb ki, İtaliya dünyada edamların dayandırılması və insan hüquqlarına hörmətin gücləndirilməsi məqsədilə vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı davam etdirəcək.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp