Təcili Ərəb-İslam Zirvəsi Dohada keçiriləcək
Doha, 13 Sentyabr (Hibya) – Qətər Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd Əl Ənsari, Təcili Ərəb-İslam Zirvəsinin bazar ertəsi Dohada keçiriləcəyini elan edib.
Baş nazirin müşaviri və XİN sözçüsü Əl Ənsari bildirib ki, Doha bazar ertəsi bölgədəki son hadisələr fonunda təşkil olunacaq Təcili Ərəb-İslam Zirvəsinə ev sahibliyi edəcək.
Əl Ənsari əlavə edib ki, zirvədə İsrailin Qətər Dövlətinə hücumu ilə bağlı bazar günü ərəb və islam xarici işlər nazirlərinin hazırlıq iclasında təqdim olunacaq bəyanat layihəsi müzakirə ediləcək.
Rəsmi sözçü vurğulayıb ki, bu dövrdə Ərəb-İslam Zirvəsinin keçirilməsi vacibdir, çünki bu, Qətər Dövləti ilə geniş ərəb və islam həmrəyliyini və həmin ölkələrin İsrail tərəfindən həyata keçirilən dövlət terrorizmini qətiyyətlə rədd etdiyini əks etdirir.
Azərbaycan İnformasiya Agentliyi