Tıxiy: Putinlə Moskvada görüşmək real deyil
Kiyev, 8 sentyabr (Hibya) – Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Heorhii Tıxiy bildirib ki, Prezident Zelenski Putinlə görüşməyə hazırdır, lakin Moskvada görüş keçirmək real təklif deyil.
Ukrayna XİN sözçüsü bəyan edib ki, bütün dünya, o cümlədən Putin özü də, Moskvada görüş keçirməyin real təklif olmadığını bilir.
Tıxiy vurğulayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski belə bir görüşə ev sahibliyi etməyə hazır olan yeddi ölkədən birində, istənilən gün Putinlə görüşməyə hazırdır.
Azərbaycan İnformasiya Agentliyi