Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp bu gün ABŞ ordusuna Yəməndəki husilərə qarşı qətiyyətli və güclü hərbi əməliyyat başlatmağı əmr etdiyini açıqladı.

Tramp bildirdi: "Husilərin Amerika gəmilərinə hücumları qəbuledilməzdir. Məqsədimizə çatana qədər sarsıdıcı ölümcül gücdən istifadə edəcəyik. Husilər dünyanın ən mühüm su yollarından birində dəniz nəqliyyatını dayandırdılar, qlobal ticarətin geniş sahələrini iflic etdilər və beynəlxalq ticarətin əsas prinsiplərindən biri olan Gəmiçilik Azadlığı prinsipinə hücum etdilər."

O əlavə etdi: "Heç bir terrorçu qüvvə Amerika ticarət və dəniz gəmilərinin dünya su yollarında sərbəst hərəkət etməsinə mane ola bilməz."

"Husi terrorçularına verdiyiniz dəstək dərhal dayandırılmalıdır! Amerika xalqını, onun prezidentini – prezidentlik tarixində ən böyük səlahiyyət qazanan liderini – və ya qlobal dəniz yollarını təhdid etməyin."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp