Tramp federal qurumlardan Harvardla müqavilələri ləğv etmələrini tələb etdi
Vaşinqton, 28 May (Hibya) – Tramp administrasiyası federal qurumlardan Harvard Universiteti ilə təxminən 100 milyon dollar dəyərində olan müqavilələri ləğv etmələrini istəyib və bu, prezidentin ölkənin ən qədim və ən zəngin universiteti ilə qarşıdurmasını daha da dərinləşdirib.
Hökumət, administrasiyanın siyasətində dəyişiklik tələblərinə qarşı çıxan universitet üçün 2,6 milyard dollardan çox federal araşdırma qrantını ləğv edib.
Federal müqavilə və daşınmaz əmlak işlərini tənzimləyən Ümumi Xidmətlər İdarəsinin göndərdiyi məktubda qurumlara universitetlə olan müqavilələrini yenidən nəzərdən keçirmələri və alternativ yollar axtarmaları tapşırılıb.
Prezident Donald Tramp Harvardı tənqid edib və onu liberalizm və antisemitizmin mərkəzi adlandırıb.
Universitet, rəhbərlik, idarəetmə və qəbul siyasətində dəyişikliklər edilməsinə dair çağırışlara cavab olaraq 21 aprel tarixində məhkəməyə müraciət edib.
Bundan sonra administrasiya universitetin federal maliyyələşməsini dayandırıb, beynəlxalq tələbə qəbulunu məhdudlaşdırmaq qərarı verib və vergi azadolma statusunu təhlükə altına atıb.
Həftəsonu Tramp sosial şəbəkədə Harvardı hədəf alaraq əlavə 3 milyard dollar (2,6 milyard avro) federal qrantı kəsib onu ABŞ-da fəaliyyət göstərən peşə məktəblərinə verməklə hədələyib.
O, hansı qrantlardan danışdığını və ya onların necə yenidən bölüşdürüləcəyini açıqlamayıb.
Azərbaycan İnformasiya Agentliyi