Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ-a doğru hərəkət edən böyük narkotik daşıyan sualtını məhv etmək onun üçün böyük şərəf olub. O qeyd edib ki, sualtı narkotik qaçaqmalçılığı üçün tanınmış bir marşrut üzrə hərəkət edirdi və əlavə edib:

“ABŞ kəşfiyyatı bu nəqliyyat vasitəsinin əsasən fentanil və digər qanunsuz narkotik maddələrlə yükləndiyini təsdiqlədi. Gəmidə dörd tanınmış narkoterrorçu olub, onlardan ikisi öldürülüb. Əgər bu sualtının sahilə çıxmasına icazə versəydim, ən azı 20 min amerikalı ölərdi. Sağ qalan iki terrorçu öz ölkələrinə – Ekvadora və Kolumbiyaya göndəriləcək, orada həbs ediləcək və məhkəmə qarşısına çıxarılacaqlar.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp