Tramp seçki qanunlarını sərtləşdirmək istəyir
Vaşinqton, 26 mart (Hibya) – ABŞ prezidenti Donald Tramp seçicilərin səsvermədən əvvəl ABŞ vətəndaşı olduqlarını sübut etmələrini tələb edən fərman imzalayıb. ABŞ Konstitusiyasına əsasən, seçkilərin keçirilməsi ştatların səlahiyyətindədir.
Dünən Trampın imzaladığı prezident fərmanına görə, Amerika seçiciləri seçkilərdə səs vermək üçün vətəndaşlıqlarını sübut etməli olacaqlar.
Fərmana qarşı məhkəmələrdə etirazların olması gözlənilir, çünki ABŞ Konstitusiyasına görə seçkiləri ştat hökumətləri təşkil edir.
Mövcud qanuna əsasən, ABŞ vətəndaşı olmayan şəxslər seçkilərdə səs verə bilməz. Lakin təxminən 9 faiz amerikalı seçicinin və ya 20 milyondan çox şəxsin vətəndaşlıq sübutu olmadığı hesab olunur.
Bundan əlavə, federal seçkilərdəki bütün bülletenlər seçki gününə qədər təqdim edilməlidir. ABŞ-da on səkkiz ştat seçki günündən əvvəl və ya həmin gün poçtla göndərilən bülletenləri daha sonra qəbul edir.
Fərman ştat hökumətlərini seçici məlumatlarını federal hökumətlə paylaşmağa və seçki qanunlarını pozanları məhkəməyə verməyə təşviq etməyi hədəfləyir. Ədliyyə Nazirliyi məlumat paylaşmayan ştatlarda seçki qanunlarının icrasına üstünlük verəcək.
Fərmanı tətbiq etməyən ştatlar federal maliyyələşməni itirmək riski ilə üzləşə bilər.
Azərbaycan İnformasiya Agentliyi