Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İclasdan əvvəl Tramp Suriya müvəqqəti prezidenti Əhməd əl-Şəra ilə görüşüb. Daha sonra KƏŞ iclasında çıxış edib.

Trampın çıxışından əsas məqamlar:

"Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Küveyt, Bəhreyn və bütün dostlarımız – Körfəz ölkələri sabit, rifahlı və sülh içində olan Yaxın Şərq üçün mühüm rol oynayırlar.

Rəhbərlər, bölgələr və ölkələr arasında güclü birlik və dostluq gördük. Bir çox dünya ölkəsi bunu qısqanclıqla izləyir.

Əgər bir neçə zərərli aktoru aradan qaldıra və onların pis əməllərini dayandıra bilsək, bu bölgə üçün böyük imkanlar, sabitlik və sülh yaranacaq.

Əvvəlki ABŞ prezidenti İran və onun vasitəçilərinə milyardlarla dolların terrorçu qruplara göndərilməsinə icazə verərək mənfi bir mühit yaratmışdı. Bayden Körfəzdəki müttəfiqlərinə arxa çevirdi, lakin bu günlər artıq bitdi.

Biz buradakı dostlarımıza sadiqik. Qarşılaşdığımız təhdidlərə qarşı çiyin-çiyinə duracağıq.

Mən İranla razılıq əldə etmək istəyirəm, lakin İran terrora dəstəyi dayandırmalı və nüvə silahı arzusundan imtina etməlidir. İran nüvə silahına sahib olmalıdır deyənlər sülh və sabitlik istəmir.

Tətbiq etdiyimiz sanksiyalar və dağıdıcı ikinci dərəcəli sanksiyalar nəticəsində İran artıq terrora sponsorluq edə bilmir.

Yəməndə husilərin mövqelərinə 1100-dən çox zərbə endirdik və keçən həftə onlar hücumları dayandırmağı qəbul etdilər. Artıq ticarət gəmilərimizi hədəf almayacaqlar.

100 gün ərzində bir çox prezidentin 4 ilə bacarmadığı işləri gördük.

Qəzza məsələsinə gəlincə, bir çoxlarınızın da istədiyi kimi, biz Fələstin xalqı üçün təhlükəsizlik və ləyaqət istəyirik. Amma Qəzzadakı liderlər günahsız insanları öldürməyə, cinsi zorakılıq və oğurluq etməyə davam etdikcə bu mümkün olmayacaq. Bu münaqişəni bitirmək üçün səylərinə görə buradakı liderlərə minnətdaram. Bütün girovlar azad edilməlidir. Bu, sülh üçün böyük bir addım olacaq."

Hazırda Suriya ilə münasibətlərin normallaşdırılmasını müzakirə edirik. Prezident Şəra ilə görüşdüm və ABŞ dövlət katibi Marko Rubio Türkiyədə Suriya xarici işlər naziri ilə görüşəcək.

Vəliəhd şahzadə Məhəmməd və Rəcəb Tayyib Ərdoğan ilə görüşdən sonra Suriyaya qarşı sanksiyaların ləğvini əmr etdim. Bu sanksiyalar ölkəni iflic etmişdi, onların ləğvi Suriyaya ikinci şans verəcək. Suriyaya qarşı bütün sanksiyaları aradan qaldıracağıq."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp