Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen, İskoçiyadakı Turnberri qolf kompleksində Trampla 40 dəqiqəlik görüşdən sonra "razılaşdıq" deyə bəyan etdi.

O, bu razılaşmanı hər iki tərəfə "sabitlik" və "proqnozlaşdırıla bilənlik" gətirəcək "böyük bir razılaşma, çox böyük bir razılaşma" kimi xarakterizə etdi. “Dünyanın ən böyük iki iqtisadiyyatı arasında yaxşı ticarət axını olmalıdır”, – dedi.

Tramp, Avropa İttifaqının ABŞ enerji məhsullarına on milyardlarla dollar daha çox xərcləməyi qəbul etdiyi razılaşmanı “güclü razılaşma” və “əhəmiyyətli tərəfdaşlıq” adlandıraraq, “Bu, bir çox problemi həll edir və əla qərar idi” deyə qeyd etdi.

Xüsusi görüş başlamazdan əvvəl o belə demişdi: “Bu, həqiqətən dünyanın ən böyük ticarət tərəfdaşlığıdır, ona görə də bir şans verməliyik.”

AB nümayəndə heyətini bazar günü görüş boyu gərginlikdə saxlayan Tramp, görüşə bir saatdan az qalmış razılaşma şansının yalnız “yarı-yarıya” olduğunu və “üç və ya dörd mübahisəli məqamın” qaldığını təkrar etmişdi.

Fon der Layen görüşü “çətin” və “çox çətin” kimi qiymətləndirdi. O, daha sonra Qlazqo hava limanında jurnalistlərə Trampla kameralar qarşısında keçirilən ilk görüşə istinad edərək dedi: “Başlanğıcdakı gərginliyi gördünüz. Buna görə ortaq mövqe tapmaq üçün çox çalışmalı olduq.”

Razılaşmaya əsasən ABŞ, AB-nin ixrac etdiyi məhsulların əksəriyyətinə 15%-lik baza tarifi tətbiq edəcək, bu da daha yüksək tariflərin qarşısını alacaq. Lakin bu faiz Trampdan əvvəlkindən daha yüksəkdir və polad ixracına 50%-lik tarif tətbiq olunmağa davam edəcək – bu isə sənaye üçün mənfi haldır.

Trampın bu sektorun daxil edilməyəcəyini bildirməsindən sonra dərman sənayesi ilə bağlı əvvəlcə çaşqınlıq yaşandı.

Az sonra fon der Layen Qlazqodakı Prestvik Hava Limanında jurnalistlərə bildirib ki, dərman sektoru razılaşmaya daxildir, lakin gələcəkdə idxal vergilərinin artırılmayacağına zəmanət yoxdur.

Razılaşmanın şərtlərinə görə, Brüssel üç il ərzində 750 milyard dollar dəyərində neft, qaz, nüvə yanacağı və mayeləşdirilmiş qaz daxil olmaqla yarımkeçirici məhsullar alacaq, eləcə də ABŞ-a 600 milyard dollar (446 milyard funt) investisiya yatıracaq. Bu razılaşmaya hərbi texnika alışları da daxildir.

Lakin ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi bazar günü axşam jurnalistlərə bildirib ki, əgər Avropa ölkələri investisiya öhdəliklərini yerinə yetirməsələr, Trampın gələcəkdə tarifləri artırmaq səlahiyyəti olacaq.

Bu razılaşma Aİ ilə ABŞ arasında 1,4 trilyon avroluq ticarəti sabitləşdirir və danışıqların uğursuz olması halında Trampın avqustun 1-də tətbiq etməklə hədələdiyi 30%-lik tarifin qarşısını alır.

Brüsselə dönüş zamanı AB-nin ticarət komissarı Maroş Şefçoviç bildirib ki, Tramp “çox sərt danışıqlar aparan” biri idi və “mühit olduqca gərgin” idi.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp