Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Estoniya xarici işlər naziri Margus Tsahkna bəyanatında vurğulayıb ki, nüvə təhlükəsizliyi döyüş meydanı deyil. O deyib: “Rusiyanın düşüncəsiz hücumları Avropanın ən böyüyü olan Zaporojiya Atom Elektrik Stansiyasını bir həftədən çoxdur ki, xarici enerji mənbəyindən məhrum edib.”

O qeyd edib ki, stansiya yalnız fövqəladə dizel generatorlarının hesabına fəaliyyətini davam etdirir və bunlar heç vaxt uzunmüddətli istifadə üçün nəzərdə tutulmayıb. Tsahkna əlavə edib: “Rusiya nüvə terroruna son qoymalı, Zaporojiyadakı işğalına son verməli və stansiyanı Ukraynaya qaytarmalıdır.”

Tsahkna həmçinin onların Ukraynanın yanında olduqlarını bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp