Tsahkna: Qara dəniz regionunun təhlükəsizliyi indi hər zamankindən daha vacibdir
Tallin, 20 oktyabr (Hibya) – Estoniya xarici işlər naziri Marqus Tsahkna, Qara dəniz və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərini bir araya gətirən ilk nazirlər toplantısında iştirak edib.
Naizir Tsahkna vurğulayıb ki, görüş Qara dəniz regionunun təhlükəsizliyinin hər zamankindən daha kritik olduğu bir dövrdə keçirilib. O, Rusiyanın Ukraynaya qarşı təcavüzü fonunda regional dözümlülüyün gücləndirilməsi və bölgələrarası əlaqələrin artırılması ilə bağlı müzakirələrdə iştirak etdiyinə görə məmnunluğunu bildirib.
Tsahkna qeyd edib ki, Estoniya regional sabitlik və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş səylərini davam etdirəcək və Qara dəniz və Mərkəzi Asiya ölkələri ilə həmrəyliyin Avropanın ümumi təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycan İnformasiya Agentliyi