Tsahkna Rusiyanın Ukraynaya hücumu ilə bağlı açıqlama verdi
Tallin, 31 iyul (Hibya) – Estoniya xarici işlər naziri Margus Tsahkna bildirib ki, Rusiya Ukrayna şəhərlərində yatan mülki şəxslərə növbəti dəfə raket və pilotsuz uçuş aparatları ilə hücum edib.
Estoniya XİN rəhbəri Tsahkna Rusiyanın Ukraynaya hücumu ilə bağlı açıqlama verib. “Başqa bir səhər, daha bir qaranlıq mənzərə,” – deyən Tsahkna qeyd edib ki, Rusiya yenidən Ukrayna şəhərlərində yatan dinc əhalini raket və PUA-larla hədəfə alıb.
Tsahkna açıqlamasında deyib:
“Rusiyaya qarşı siyasi və iqtisadi təzyiqlər onun müharibə maşınını və Ukraynanı məhv etmə məqsədini tamamilə sıradan çıxarmaq üçün sürətlə gücləndirilməlidir.”
Azərbaycan İnformasiya Agentliyi