Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski, Finlandiya Prezidenti Aleksandr Stubbu Ukraynada qəbul etməkdən məmnun olduğunu bildirib.

Onun sözlərinə görə, müxtəlif mövzularda əhatəli müzakirə aparılıb və görüşdə Rusiyanın dünən Polşaya hücumuna xüsusi diqqət yetirilib.

“Hər şey göstərir ki, Rusiyanın pilotsuz uçuş aparatlarının Ukrayna və Belarus hava məkanından Polşa ərazisinə buraxılması qəsdən edilib və heç bir halda təsadüfi deyil. Təəssüf ki, Rusiya aqressiyasını davam etdirmək və genişləndirmək imkanını saxlayır.

Bütün sanksiya səylərimizi dəstəklədiyi üçün Finlandiyaya minnətdaram.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp