Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Nazirliyin bəyanatında bildirilir ki, oktyabrın 15-i səhər saatlarında Rusiya təhlükəsizlik qüvvələri işğal altındakı Krımın müxtəlif rayonlarında yaşayan Krım tatarlarının evlərində kütləvi axtarışlar aparıblar.

Bəyanatda qeyd olunur ki, saxlanılanlar arasında siyasi məhbus Remzi Nimetullayevin həyat yoldaşı və beş uşağın anası Esma Nimetullayeva, pedaqoji məktəbin tələbəsi və uşaq bağçası müəlliməsi Nasiba Saiidova, həmçinin Elvira Aliyeva və Fevziyə Osmanova da var.

“Ukraynanın Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti, insan haqları təşkilatlarını və medianı bu hadisələrə xüsusi diqqət yetirməyə, Esma Nimetullayeva, Nasiba Saiidova, Elvira Aliyeva, Fevziyə Osmanova və qanunsuz şəkildə saxlanılan bütün Ukrayna vətəndaşlarının dərhal azad olunmasını tələb etməyə çağırır. İşğalçıların törətdiyi heç bir cinayət cəzasız qalmayacaq.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp