Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

UNRWA bildirib ki, Qəzzada ərzaq böhranı kritik səviyyəyə çatıb.

Bəyanatda qeyd olunur ki, bölgədə əsas ehtiyac məhsulları sürətlə tükənir və bəzi ailələr təhlükəli və istifadə müddəti bitmiş qidaları qəbul etmək məcburiyyətində qalır.

Agentlik, ehtiyacların hər keçən gün artdığını, lakin humanitar yardıma çıxışın maneə ilə qarşılaşdığını vurğulayaraq, təcili yardımları çatdırmağa hazır olduqlarını qeyd edib.

Bəyanatda deyilir: “Humanitar yardım çıxışı təcili olaraq bərpa edilməlidir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp