Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bəyanatda bildirilir ki, azı 15 “Şahed” tipli pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum nəticəsində, aralarında iki uşaq və hamilə qadının da olduğu azı 45 nəfər yaralanıb.

16 birbaşa zərbə qeydə alınıb, bəziləri xəstəxana yaxınlığına və çoxmərtəbəli yaşayış binalarına dəyib. Şəhərdə 13 fərqli nöqtədə yanğın baş verib, azı 77 bina zərər görüb və çoxlu sayda şəxsi əmlak, qaraj, infrastruktur obyekti və nəqliyyat vasitəsi məhv edilib.

Ukrayna XİN bəyan edib ki, Rusiya PUA-ları daha dağıdıcı döyüş başlıqları ilə təchiz edərək, mülki əhaliyə qarşı terror kampaniyasını genişləndirir. Bəyanatda deyilir: “Yalnız Ukraynanın və beynəlxalq tərəfdaşlarının birgə hərəkəti ilə bu terror dayandırıla və davamlı sülh təmin oluna bilər.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp