UNRWA: Qəzzada humanitar vəziyyət daha da pisləşir
Nyu-York, 23 İyun (Hibya) – Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyi (UNRWA) bildirib ki, Qəzzada temperaturun artması ilə humanitar vəziyyət daha da pisləşir.
UNRWA-nın bəyanatında qeyd olunub ki, Qəzzada temperatur artmağa davam etdikcə, humanitar vəziyyət daha da ağırlaşır.
Bəyanatda bildirilib ki, məcburi köçkün icmalar su çatışmazlığı, kifayət qədər sığınacaq olmaması və yaşamaq üçün əsas ehtiyacların olmaması səbəbindən yüksək istilərə məruz qalır. “Təcili humanitar çıxış təmin olunmalıdır. Mühasirə aradan qaldırılmalıdır.”
Azərbaycan İnformasiya Agentliyi