Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzzada davam edən münaqişələrin uşaqlar üzərində dağıdıcı təsirini vurğulayıb. Agentliyin bəyanatında bildirilir ki, bir gecə ərzində yenidən çoxlu sayda uşaq həyatını itirib və ya yaralanıb.

UNRWA qeyd edib ki, hazırda Qəzza dünyada əhalinin sayına görə uşaq amputasiya hallarının ən çox görüldüyü yerə çevrilib. Müharibənin başlanğıcından bəri əlil qalan uşaqların sayının 4.000-ə yaxın olduğu təxmin edilir.

Bəyanatda göstərilir ki, fiziki xəsarətlərlə yanaşı artan aclıq və müharibə travması uşaqlarda dərin və görünməz yaralar qoyur. Qeyd olunub ki, təşviş pozuntuları, qorxulu yuxular, aqressiya və daimi qorxu kimi psixoloji təsirlər geniş yayılıb.

Çoxlu uşaqların dilənçiliyə, talana və ya uşaq əməyinə məcbur edildiyi, bunun isə “itirilmış uşaqlıq” demək olduğu bildirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp