UNRWA: Yardımların dərhal Qəzzaya çatmasına icazə verin
Nyu-York, 16 oktyabr (Hibya) – BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Tikinti Agentliyi (UNRWA) bildirib ki, yardımların tələb olunan miqyasda və dərhal Qəzzaya çatmasına icazə verilməlidir.
UNRWA-nın bəyanatında qeyd olunub ki, agentliyin hazırda Qəzza xaricindəki anbarlarında bölgədə yaşayan insanlar üçün üç ay kifayət edəcək qədər ərzaq mövcuddur və komandalar onları çatdırmağa hazırdır.
Bəyanatda vurğulanıb ki, atəşkəsə baxmayaraq, İsrail hakimiyyət orqanları artıq yeddi aydan çoxdur ki, UNRWA-nın Qəzzaya yardım materialları göndərməsinə mane olurlar. “Yardımların tələb olunan miqyasda və dərhal Qəzzaya çatmasına icazə verin,” – deyə bəyanatda qeyd edilib.
Azərbaycan İnformasiya Agentliyi