WAPE-nin 18-ci İllik Forumu İstanbulda keçirildi
Dünya Politiki İqtisadiyyat Assosiasiyasının (WAPE) bu il 18-ci dəfə təşkil olunan illik forumu İstanbulda keçirildi. Hər il dünyanın müxtəlif yerlərindən seçilmiş alimləri bir araya gətirən WAPE Forumu, “XXI əsrdə Çoxqütblülük: Politiki İqtisadiyyat üçün Çağırışlar və İmkanlar” mövzusu ilə Yeditepe Universitetində baş tutdu.
6-8 avqust tarixlərində Yeditepe Universitetinin ev sahibliyi ilə keçirilən, Cənubi Amerikadan Avropaya, Şərqi Asiyadan Qərbi Asiyaya qədər onlarla ölkədən natiqlərin qatıldığı WAPE-nin 18-ci İllik Forumu 6 avqustda WAPE katibi Prof. Xiaoqin Ding-in sədrlik etdiyi açılış iclası ilə başladı.
Açılış çıxışlarını Yeditepe Universitetinin prorektoru Prof. Dr. İpek Karaaslan, WAPE prezidenti Prof. Cheng Enfu və Türkiyə-Çin İş İnkişafı və Dostluq Dərnəyinin sədri Adnan Akfırat etdi.
Forumun ilk günü Alan Freemanın sədrliyi ilə toplanan iclasda Panteion Universitetindən WAPE Daimi Şurasının üzvü Christos Papatheodorou, Palermo Universitetindən Alberto Lombardo, WAPE məsləhətçisi və Sərbəst İqtisadiyyat Cəmiyyəti prezidenti Sergey Bodrunov, Fudan Universitetindən WAPE Daimi Şurasının üzvü Zhou Wen, Ukrayna Milli Elmlər Akademiyasından Andrii Grytsenko, WAPE sədr müavini Niemeyer Almeida Filho, Almaniyadan WAPE Daimi Şurasının üzvü Cornelius Renkl və Kadir Has Universitetindən Alp Erinç Yeldan məruzə və çıxışlarını təqdim etdilər.
Dünya Marksist İqtisadiyyatı Mükafatı laureatları bunlar oldu: Türkiyədən Korkut Boratav, Çinin Uhan Universitetindən Jian Xinhua, Kanadanın Manitoba Universitetindən Radhika Desai, Çinin Nanjing Maliyyə və İqtisadiyyat Universitetindən He Ganqiang.
XXI əsr Dünya Politiki İqtisadiyyatı Fəxri Nailiyyət Mükafatına layiq görülən alimlər isə bunlardır: İtaliyanın Palermo Universitetindən Alberto Lombardo, Türkiyədən Kadir Has Universitetindən Özgür Orhangazi və Alp Erinç Yeldan, Çinin Şanxay Beynəlxalq Tədqiqatlar Universitetindən Li Zhengtu, Yunanıstanın Panteion Universitetindən Stavros Mavroudeas və Costas Passas, Kanadanın York Universitetindən Sabah Alnasseri, Çinin Siçuan Universitetindən Liu Runqiu, Ukrayna Milli Elmlər Akademiyasından Andrii Grytsenko, Yaponiyanın Rikkyo Universitetindən Sousuke Morimoto, Avstraliyanın SP Jain Qlobal İdarəetmə Məktəbindən Vincent James Hooper və Çinin Xiamen Texnologiya İnstitutundan Li Linan.
Yeditepe Universitetinin Kayışdağı kampusunda bir araya gələn dünyanın müxtəlif yerlərindən siyasət iqtisadçıları qlobal iqtisadi və siyasi dəyişiklikləri müzakirə etdilər. Forumun ikinci günündə paralel şəkildə keçirilən 15 iclasda 50 alim məruzə təqdim etdi. Alimlər süni intellekt, ekologiya, rəqəmsal İpək Yolu, Marksist Makroiqtisadi Model, çoxqütblülük, qlobal iqtisadi dəyişiklik və Birləşmiş Millətlər, geosiyasi iqtisadiyyat, Çində sosialist modernləşmə təcrübəsi, iqtisadi nəzəriyyələr, regional bloklar və çoxqütblü dünya nizamı kimi mövzularda təqdimatlar etdilər.
Bu mövzuların müzakirələrində dünyada qlobal güc dəyişmələri, iqtisadi göstəricilərə əsaslanan tədqiqatlar işığında siyasət iqtisadiyyatı baxımından müxtəlif tərəfləri ilə qiymətləndirildi.
Forum bağlanış iclası ilə sona çatdı. Üç gün ərzində əsas mövzusu çoxqütblülük olan iclaslarda 70 məruzə təqdim olundu. Paralel keçirilən iclaslarda həm məruzəçilərin, həm də digər iştirakçıların sual və rəyləri ilə canlı fikir mübadiləsi mühiti yarandı.
Tədbirin sonunda WAPE-nin 18-ci İllik Forumunun Yekun Bəyanatı elan edildi. Bəyanatın ilk maddəsi Qəzzadakı qətliamlarla bağlı idi: “Qəzzada alçaqcasına televiziya ekranlarında canlı yayımlanan soyqırımı, müasir imperializmin konkret cinayət sübutudur. Bu müharibə imperializm tərəfindən təhrik olunan mənfur, ədalətsiz müharibələrin ən bariz nümunəsidir.” Bəyanatda siyasət iqtisadçıları imperialist müharibələr haqqında araşdırmalarda əməkdaşlığa və birgə işləməyə dəvət edildi.
Bəyanatda iqtisadi, siyasi, mədəni və hərbi sahələrdə imperializmə və hegemoniyaya qarşı çıxmağın sülh, inkişaf və təhlükəsizlik üçün həyati əhəmiyyət daşıdığı vurğulandı. WAPE Yekun Bəyanatında hazırda formalaşmaqda olan çoxqütblü dünya nizamının ölkələrin milli şəraitinə əsaslanan inkişaf yolları və modellərinin qarşısını açdığı qeyd edildi. Bəyanatda eyni zamanda yeni enerji, yeni materiallar, rəqəmsal texnologiya və süni intellektlə təmsil olunan yeni elmi və texnoloji inqilab dalğasının imperialist dünya tərəfindən manipulyasiya edilmək istəndiyi vurğulandı.
Dünyada bərabərlikçi iqtisadi və siyasi nizama ehtiyacın vacibliyinin vurğulandığı bəyanatda ticarət müharibələrinə və dollara əsaslanan qlobal iqtisadi sistemin silah kimi istifadəsinə qarşı çıxıldı və bərabərlikçi və istehsal yönümlü beynəlxalq pul sisteminin yenidən qurulması tələb olundu.
Azərbaycan İnformasiya Agentliyi