Zelenski Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik etdi
Berlin, 28 may (Hibya) – Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın Müstəqillik Günü münasibətilə mesaj yayımlayıb.
Prezident Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Zelenski bəyanatında bildirib: “Ənənələrinizin gücü, şərəfiniz, birliyiniz və ölkəni formalaşdıran və müstəqilliyini qoruyan bütün nəsillərə dərin hörmətiniz həqiqətən ilhamvericidir. Ukrayna sizinlədir. Azərbaycana sülh, inkişaf və davamlı rifah arzulayıram.”
Azərbaycan İnformasiya Agentliyi