Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski, Suriyanın sabiq Prezidenti Bəşər Əsəd barəsində çıxarılan həbs qərarını alqışladığını və onun ədalətə təhvil verilməsi üçün bütün səyləri dəstəklədiklərini bildirib.

Zelenski bəyanatında belə deyib:

"Ötən ilin dekabr ayından etibarən o, ukraynalı və digər yüksək səviyyəli cinayətkarlarla birlikdə Moskvada gizlənir. Dünyanın ən amansız qatil və cinayətkarlarının cəzasızlığın paytaxtında ədalətdən gizlənməsi düşündürücüdür.

Rusiya həm özünün, həm də başqalarının cinayətlərini ört-basdır edir. Cəzasızlığa son verməyin yeganə yolu təzyiq, kollektiv fəaliyyət və bütün cinayətlərə görə məsuliyyətdir."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp