Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Odessa şəhərində keçirilən Ukrayna – Cənub-Şərqi Avropa Zirvəsində çıxış edib.

Zelenski bildirib ki, Moskva Ukraynanı dövlət kimi deyil, sadəcə resurs toplusu və növbəti işğallar üçün hərbi baza kimi görür. “Bölgəmizdə hamımız eyni dağıdıcı mənbə ilə üz-üzəyik. Nəqliyyat yolları, enerji, rabitə və rəqəmsal sistemlər sahəsində infrastruktur əməkdaşlığı həyati əhəmiyyət daşıyır. Rusiyanın müharibəsi və Ukrayna limanlarına tətbiq etdiyi blokada bizə qonşu ölkələrdən keçən alternativ marşrutların nə qədər vacib olduğunu göstərdi. Sizin sayənizdə bu marşrutlara sahibik. Lakin hər bir ölkə hər cür böhrana hazır olmalıdır”, – deyə o qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp