UNRWA: Qəzzadakı həmkarlarımızla bütün əlaqəmiz kəsilib
Nyu-York, 12 iyun (Hibya) – BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzzadakı agentlik əməkdaşları ilə bütün əlaqənin kəsildiyini açıqlayıb.
UNRWA-nın açıqlamasında qeyd olunub ki, Qəzzadakı işçilərlə bütün rabitə və əlaqə tamamilə itib.
“Bu səhər, aylardan sonra ilk dəfə, 'Sabahınız xeyir' və 'Yaxşıyıq / sağ-salamatıq' mesajları gəlmədi. Həmkarlarımızdan xəbər almağı səbirsizliklə gözləyirik,” – deyə bildirilib.
Azərbaycan İnformasiya Agentliyi