Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Zelenski bildirib ki, Rusiyanın ukraynalı uşaqları qaçırması kimi bu müharibənin ən acı və çətin məsələlərindən birinə göstərdiyi diqqətə görə Melania Trampa təşəkkür edib.

Onun mərhəmətinə və Putinə yazdığı məktuba görə dərin minnətdarlığını ifadə edən Zelenski vurğulayıb: “Bu məsələ müharibənin humanitar faciəsinin mərkəzində dayanır: uşaqlarımız, dağılmış ailələrimiz, ayrılığın ağrısı. Ən azı 20 min uşaq qaçırılıb. Mən Prezident Trampdan xahiş etdim ki, Ukraynanın birinci xanımı Olena Zelenskadan Melaniyaya təşəkkür məktubu çatdırsın. Onun səsi vacibdir və marağı bu işə güc verir.”

Zelenski hər bir uşağı evə qaytarmaq üçün yorulmadan çalışdıqlarını vurğulayaraq əlavə edib:

“Eyni şey 2014-cü ildən bəri Rusiyada çox ağır şəraitdə illərlə saxlanılan hərbi əsirlərimiz və mülki şəxslərimiz üçün də keçərlidir. Hələ də minlərlə insan azad edilməlidir və bu, sülhün təmin olunmasının bir hissəsidir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp