Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Prezident Zelenski hərbi rəhbərliklə genişmiqyaslı görüş keçirdiyini açıqlayıb.

O bildirib ki, görüşdə hərəkət planları, Rusiya hücumlarına qarşı cavab hazırlıqları və qabaqlayıcı tədbirlər müzakirə edilib. “Bu, xüsusilə yerli istehsal olan PUA və raketlərin artırılmasını nəzərdə tutur,” deyə qeyd edib.

Zelenski yaxın zamanda Avropadakı tərəfdaşlarla yeni sazişlər hazırladıqlarını bildirib:

“Bu sazişlər Ukraynada istehsala sərmayə cəlb etməyə yönəlib. Xüsusilə pilotsuz sistemlərin və uzaq mənzilli imkanların istehsalı — cəbhə xəttinə nəzarət etmək, əsgərlərimizin həyatını qorumaq və uzaq məsafədən əməliyyatlar aparmaq üçün lazım olan hər şey.”

Zelenski vurğulayıb ki, məqsədləri bütün Rusiya təhdidlərinə simmetrik cavab verməkdir: “Rusiyada Ukraynaya qarşı etdiklərinin nəticəsini hiss etməlidirlər və edəcəklər.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp