Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bu səhər Katoliklərin ruhani lideri və Vatikan Dövlətinin başçısı Papa Fransiskin vəfat etdiyi açıqlandı.

Prezident Zelenski bu münasibətlə başsağlığı mesajı yayımlayıb.

Mesajında bunları qeyd edib: “Dünyanın dörd bir yanında milyonlarla insan Papa Fransiskin vəfat xəbəri ilə dərin bir kədər içindədir. O, həyatını Allaha, insanlara və Kilsəyə həsr etmişdi. Ümid verməyi, dualarla ağrını yüngülləşdirməyi və birliyi təşviq etməyi bacarırdı. Ukrayna və ukraynalılar üçün sülh duaları etmişdi. Biz Papa Fransiskdən mənəvi dəstək alan katoliklərlə və bütün xristianlarla birlikdə yas tuturuq. Ruhu əbədi anılsın!”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp