Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Zelenski Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüş keçirib.

Zelenski qeyd edib ki, Qətərin vasitəçiliyi sayəsində qeyri-qanuni olaraq Rusiyaya deportasiya edilmiş bir çox uşaq geri qaytarılıb və əlavə edib: “Biz bu humanitar və insani addımı yüksək qiymətləndiririk.”

O vurğulayıb ki, görüşdə müharibəyə həqiqi son qoymaq üçün variantlar müzakirə olunub: “Atəşkəs ilk addım olmalıdır. Yalnız bundan sonra diplomatiya üçün düzgün baza yaradıla bilər. Mən Əmirin mövqeyini yüksək qiymətləndirirəm ki, Ukrayna ilə bağlı heç bir müzakirə ölkəmizin iştirakı olmadan yekunlaşdırıla bilməz.”

Zelenski təsdiqləyib ki, Ukrayna ədalətli və davamlı sülh gətirə biləcək istənilən danışıqlar formatına hazırdır və əlavə edib: “Biz tərəfdaşlarımızla əlaqələrimizi koordinasiya etdik və əlaqədə qalmağa qərar verdik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp