Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski deyib ki, Putin atəşkəsdən şəxsən qorxur, çünki o, əldə edildikdən sonra müharibəyə qayıtmaq onun üçün çətin olacaq.

O qeyd edib ki, tammiqyaslı müharibədən atəşkəsə keçmək və sonra yenidən tammiqyaslı müharibəyə başlamaq asan deyil. “İqtisadi baxımdan asan deyil, cəmiyyətlə asan deyil və dünya ilə də asan deyil. Xüsusilə bu gün hələ də Putinin əlini sıxan ölkələrlə asan deyil. Buna görə də o, hələlik müharibəni seçir. Amma bu, dayandırıla bilər,” – deyə Zelenski bildirib.

Zelenski Rusiyaya daha çox təzyiq göstərilməsinin vacibliyini vurğulayıb və əlavə edib:

“Təzyiq o zaman işləyəcək ki, onlar müharibədə başqa hər hansı ssenaridən daha çox itki versinlər. Uzunmənzilli zərbələrimiz, güclü sanksiyalarımız, döyüş meydanına nəzarətimiz, özümüzü müdafiəmiz – həmçinin, şübhəsiz, sülh təşəbbüslərini dəstəkləməyimiz, çünki bu, doğru addımdır – nəticə verəcək.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp