Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Zelenski, Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü açıqlayıb.

Görüşlərinin hər zaman dostyana və məzmunlu olduğunu vurğulayan Zelenski deyib: “Türkiyənin və bütün türk xalqının millətimizə qarşı səmimi və isti münasibətini hiss edir və çox qiymətləndiririk.”

Zelenski bildirib ki, görüşdə diplomatik vəziyyəti və mövcud variantları müzakirə ediblər və əlavə edib: “Prezident Ərdoğan açıq şəkildə bəyan etdi ki, Ukrayna olmadan heç bir danışıqlar davamlı sülh gətirməyəcək. Biz bütün risk və təhdidlərin fərqindəyik. Saxta sülh həqiqi sülhdən uzun çəkməyəcək və yalnız Rusiyanı daha çox ərazi ələ keçirməyə təşviq edəcək.”

Zelenski əlavə edib: “BMT Baş Assambleyası zamanı Ukraynanın hazırladığı yüksək səviyyəli tədbirlər haqqında da danışdıq. Türkiyənin iştirakı üçün birlikdə çalışırıq. Təşəkkürlər!”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp