Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski koordinasiya iclasında yeni sanksiya addımlarının istiqamətini müəyyən etdiklərini deyib: “Bura həm tərəfdaşlarımızın tətbiq edəcəyi sanksiyalar, həm də Avropa ölkələri ilə uyğunlaşdırılmış şəkildə hazırladığımız öz sanksiyalarımız daxildir.”

O vurğulayıb ki, əsas hədəf hələ də qlobal sanksiya siyahılarına daxil edilməmiş raket və silah istehsalında iştirak edən Rusiya şirkətləridir. “Bu vəziyyəti düzəldəcəyik,” – deyə o qeyd edib.

Zelenski həmçinin G7 ölkələri və bütün Avropa üzrə sanksiyaların koordinasiyasının gücləndiriləcəyini vurğulayıb: “Sanksiyaların birgə təsiri ən güclü nəticələr verir. Buna görə də İsveçrə, Norveç, Böyük Britaniya kimi Aİ-yə üzv olmayan ölkələrin Aİ sanksiyalarını dəstəkləməsi və Yaponiya, Kanada və ABŞ ilə sıx əməkdaşlıq böyük əhəmiyyət daşıyır.”

Zelenskinin sözlərinə görə, yalnız Rusiya neft şirkətlərinə qarşı tətbiq edilən sanksiyalar gələn il Rusiyaya 50 milyard dollara qədər zərər vura bilər. O əlavə edib: “Rusiyanın hərbi istehsalı və təbliğatı üçün çalışan şəxslərə qarşı Ukraynanın yeni sanksiya fərmanlarını imzalamışam. Sanksiyalardan yayınmaq üçün istifadə olunan bütün sxemləri bloklamağa davam edəcəyik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp