ABŞ, Çindəki Sion Kilsəsinin rəhbərlərinin həbsini pislədi
Vaşinqton, 12 oktyabr (Hibya) – ABŞ Dövlət Katibi Marko Rubio, Çində rəsmi qeydiyyatsız fəaliyyət göstərən Sion Kilsəsinin onlarla rəhbərinin həbsini pisləyib.
Rubio yazılı bəyanatında bildirib ki, saxlanılanlar arasında kilsənin tanınmış pastoru Minqri “Ezra” Cin də var və əlavə edib: “Amerika Birləşmiş Ştatları Çin Kommunist Partiyasının Sion Kilsəsinin onlarla rəhbərini həbs etməsini qınayır. Biz saxlanılanların dərhal azadlığa buraxılmasını tələb edirik.”
Azərbaycan İnformasiya Agentliyi