Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Daha sonra Prezident Donald Tramp Knessetdə çıxış edəcək.

ABŞ Prezidentinin Yaxın Şərq səfəri və Qəzza sülh planının birinci mərhələsini qeyd etmək üçün İsraildə və Misirdə tədbirlər keçiriləcək.

İsrail polisi Trampın səfəri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və əsas marşrutlarda “minlərlə polis və Sərhəd Polisi əməkdaşının” yerləşdirildiyini bildirib. Trampı İsrail Prezidenti İsxak Hersoq və Baş nazir Binyamin Netanyahu qarşılayıb.

Trampın İsrail parlamenti Knessetdə girovların ailələri ilə də görüşməsi gözlənilir. Səfər Qəzzada qalan bütün israilli girovların azad edilməsi üçün qoyulan son tarixlə üst-üstə düşür.

İsraildən ayrıldıqdan sonra Tramp Misirin Şarm əl-Şeyx şəhərinə yollanacaq və burada Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə birlikdə bölgədə davamlı sülhü təmin etməyə yönəlmiş dünya liderləri sammitinə sədrlik edəcək.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp