Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Sosial şəbəkələrdə Tarragona vilayətinin La Ràpita və Santa Barbara şəhərlərini cənginə alan və qarşısına çıxan hər şeyi sürükləyən palçıqlı sel sularını göstərən videolar yayılıb.

İspaniyanın milli meteorologiya agentliyi (AEMET) sahil vilayəti üçün ən yüksək səviyyəli qırmızı xəbərdarlıq elan edib.

İndiyədək ölüm və ya xəsarət halları barədə məlumat verilməyib.

Kataloniya Mülki Müdafiə Agentliyi Tarragona bölgəsindəki Ebro deltası sakinlərinə evlərində qalmağı tövsiyə edib. AEMET bölgədə 12 saat ərzində 180 mm-ə qədər yağışın yağacağı barədə xəbərdarlıq edib.

Agentliyin yüksək rütbəli rəsmisi Kristina Visente “La Vanguardia” qəzetinə açıqlamasında deyib: “Vəziyyət mürəkkəbdir və daha çox yağış gözlənilir.”

Qonşu Valensiya bölgəsində Barselona və Valensiya şəhərləri arasında, əsasən Aralıq dənizi sahil xətti boyunca hərəkət edən qatar reysləri növbəti xəbərdarlığa qədər dayandırılıb.

Son günlərdə Balear adaları da daxil olmaqla İspaniyanın cənub-şərqindəki bir çox bölgə güclü yağış və daşqınlardan əziyyət çəkir.

Şiddətli hava şəraiti Aralıq dənizinin qərbindəki “Alice” qasırğası səbəbindən yaranıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp