Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Yerli vaxtla saat 21:30 radələrində həm uçuşlar, həm də enişlər dayandırılıb. Alicante-yə gedən altı reysdən beşi Valensiyaya, biri isə Murciyaya yönləndirilib.

Hava limanını idarə edən AENA şirkəti bildirib ki, hava limanı vəziyyət tam qiymətləndirilənədək yalnız təhlükəsizlik məqsədilə bağlanıb.

İspaniyanın Guardia Civil xidməti hadisə ilə bağlı araşdırmaya başlayıb.

Rəsmilər hələlik pilotsuz uçuşun qanunsuz, yoxsa təsadüfi olduğunu təsdiqləməyiblər, lakin hər iki halda nəticələrin ciddi ola biləcəyini vurğulayıblar. İspaniya qanunlarına əsasən, hava limanlarının yaxınlığında dron uçurmaq qəti qadağandır və 225.000 avroya qədər cərimə ilə nəticələnə bilər.

Alicante hadisəsi tək deyil. Kopenhagen, Madrid, Lissabon və Londonda da oxşar hava limanı bağlanmaları baş verib – hamısı uçuş zolaqlarının yaxınlığında uçan dronlar səbəbilə. Avropa üzrə aviasiya orqanları daha ciddi nəzarət və daha yaxşı dron aşkarlama texnologiyalarının tətbiqini tələb edirlər ki, gələcəkdə belə hadisələr qarşısı alınsın.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp