Alman gömrükçüləri şokolad paketində 1500 tarantul aşkarladı
Köln, 16 iyul (Hibya) – Almaniyanın Köln/Bonn hava limanında gömrük işçiləri bazar ertəsi günü Vyetnamdan gələn bir bağlamada 1500 tarantul tapıblar.
Qutunun üzərində "şokoladlı biskvit" yazılmışdı, lakin qəribə qoxu səbəbilə gömrükçülər onun şokolad olmadığını düşünərək paketi açıb içindəkiləri yoxlamağa qərar veriblər.
Hava limanının gömrük nümayəndəsi Yens Ahland bildirib ki, gömrük işçiləri hava limanından keçən göndərişlərdə qeyri-adi və qeyri-qanuni məhsullar tapmağa öyrəşiblər, lakin hətta ən təcrübəli əməkdaşlar belə tarantulaları görəndə sözsüz qalıblar.
Ahland qeyd edib ki, insanların heyvanlara necə davrandığı kədərlidir və gənc tarantulaların yalnız bir hissəsi səyahətdən sağ çıxıb. Sağ qalanlar isə mütəxəssislərə təhvil verilib.
Göndərişin qeydiyyatda olan alıcısına qarşı hüquqi iş başlanıb.
Azərbaycan İnformasiya Agentliyi