Netanyahu: Drüz qardaşlarımızı xilas etmək üçün hərəkətə keçmişik
Qüds, 16 iyul (Hibya) – İsrail Baş naziri Benyamin Netanyahu İsrailin Suriyaya qarşı həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.
Netanyahu bildirib ki, Süveyda və Suriyanın cənub-qərbindəki vəziyyət son dərəcə ciddidir.
O qeyd edib ki, İsrail Müdafiə Qüvvələri (IDF) əməliyyat aparır, Hərbi Hava Qüvvələri və digər bölmələr də fəaliyyətdədir.
"Drüz qardaşlarımızı xilas etmək və rejimin dəstələrini məhv etmək üçün hərəkətə keçmişik. Sizdən yalnız bir xahişim var: Siz İsrail vətəndaşısınız. Sərhədi keçməyin. Həyatınızı təhlükəyə atırsınız – öldürülə və ya girov götürülə bilərsiniz və bu, IDF-nin səylərinə mane olur. Ona görə də sizdən xahiş edirəm: evinizə qayıdın və IDF-nin öz vəzifəsini yerinə yetirməsinə imkan verin", – deyə o bildirib.
Azərbaycan İnformasiya Agentliyi