Almaniya kansleri Mers: Ukraynaya hərbi dəstəyimizi davam etdirəcəyik
Berlin, 18 iyun (Hibya) – Almaniya kansleri Fridrix Mers G7 Zirvəsi çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Görüşdən sonra Merz bildirib ki, Almaniya Ukraynaya hərbi dəstəyini davam etdirəcək.
O, Rusiyanın intensiv hücumlarına dair görüntüləri dəhşətli adlandıraraq, Alman xalqının Ukrayna xalqı ilə həmrəy olduğunu vurğulayıb. Merz əlavə edib ki, Almaniya Rusiyaya təzyiqləri artırmaq üçün səylərini davam etdirəcək və deyib: “Bu müharibə sona çatmalıdır”.
Azərbaycan İnformasiya Agentliyi