Bağayi: İran və ABŞ texniki səviyyədə danışıqları davam etdirmək barədə razılığa gəlib
Tehran, 19 Aprel (Hibya) – İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bağayi bildirib ki, bu gün İran və Amerika Birləşmiş Ştatları arasında keçirilən ikinci görüşdə texniki səviyyədə danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub.
Bağayi qeyd edib ki, bu gün Oman Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə İran və ABŞ arasında konstruktiv atmosferdə faydalı danışıqlar aparılıb.
“Tərəflər bir neçə gün ərzində texniki səviyyədə dolayı danışıqların davam etdirilməsi və qarşıdakı şənbə günü daha yüksək səviyyədə yeni bir mərhələnin keçirilməsi barədə razılığa gəliblər”, – deyə o əlavə edib.
Azərbaycan İnformasiya Agentliyi