BMT Baş katibi Quterreş Qurban bayramını təbrik etdi
Nyu-York, 6 iyun (Hibya) — Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Qurban bayramı münasibətilə müsəlmanları təbrik edib.
BMT Baş katibi Quterreş Qurban bayramını qeyd edən hər kəsə səmimi arzularını çatdırıb.
Təbrik mesajında Quterreş deyib: “Münaqişə, parçalanma və zorakılıq dövründə, bu bayramın ilham verdiyi həmrəylik, icma və mərhəmət dəyərlərindən ruhlanaq. Bayramınız mübarək!”
Azərbaycan İnformasiya Agentliyi