Zelenski: Rusiya ordusu daha çox hücuma hazırlaşır
Kiyev, 6 iyun (Hibya) — Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, danışıqlar masasındakı və mediadakı "boş danışığa" baxmayaraq, Rusiya ordusu daha çox hücumlara və müharibənin genişlənməsi ehtimalına hazırlaşır.
Prezident Zelenski ABŞ-da keçirilən səfər və görüşlər barədə komandalarından hesabat aldığını açıqlayıb.
O bildirib ki, görüşdə Ukraynaya müdafiə dəstəyi, Rusiyaya qarşı sanksiyalar, diplomatik imkanlar, azadlığın müdafiəsi və Rusiya dezinformasiyasına qarşı mübarizə mövzuları müzakirə olunub. Zelenski deyib:
“Tərəfdaşlarımıza Rusiya rəhbərliyinin əsl niyyətləri ilə bağlı ətraflı qiymətləndirmə təqdim etdik. Danışıqlar masasında və mediada gedən boş danışığa baxmayaraq, Rusiya ordusu daha çox hücuma və müharibənin genişlənməsinə hazırlaşır. Həmçinin Rusiya hərbi-sənaye kompleksinin imkanları və sülh naminə məhdudlaşdırılması lazım olan neft və digər resurslardan əldə edilən gəlirlər barədə məlumat verdik.”
Azərbaycan İnformasiya Agentliyi